KARA ORDUSU

quru qoşun
KARA CİĞER
KARA SEVDA
OBASTAN VİKİ
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" - qara, "Kul" - göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər . == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek - Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir . 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.Kara-Kul şəhərinin yaxınlığında Toktoqul SES-nın istinad divarları yerləşir.
Kara-angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Kara (albom)
Kara - Türk müğənni və bəstəkarı Soner Sarıkabadayının debut albomu. == Albom haqqında == 2010-cu ildə Buz adlı mahnısı ilə hitə çevrilən və ən əsası onu tanıtdıran Soner Sarıkabadayının ilk albomu Kara ifaçı üçün musiqi karyerasına bir başlanğıc olub. İfaçının Kara albomunu dinləyəndə tanıdığınız klassik pop albomlarından fərqli olduğunu anlaya bilərsiniz. Albomda 10 mahnı və 3 sound mix yer alıb. Albomun prodüsserliyi Naci Bayşu, digər təşkilat işləri Mehmet Çelik və Gökhan Turan tərəfindən aparılmışdır. Gün Doğmaz, Yanıyorum, Arama, Alev Alev, Yalan Değil, Adalatin albomun seçilən mahnılarındandır. Kara albomuna adını verən və klip çəkilən mahnı həm də çıxış sinqlıdır. Albom 2001-ci ildə Bay Müzik etiketi ilə yayımlansa da 2010-cu ildə Esen Müzik etiketi ilə yenidən CD şəklində satışa çıxarılmışdır.
Kara Bono
Kara Bono (ing. Cara Buono; 1 mart 1974 və ya 1 mart 1971, Bronks, Nyu-York ştatı) — amerikalı aktrisa. Əsasən Qəribə şeylər (2016-cı ildən) serialı və Halk (2003) filmi ilə tanınır. == Həyatı və təhsili == Bono 1 mart 1974-cü ildə Nyu-York şəhərinin Bronks bölgəsində italyan ailədə dünyaya gəlmişdir. İki qardaşı və bir bacısı var.Bono Forelle Laquardiya tam orta məktəbində təhsilini almışdır. Daha sonra isə Kolumbiya Universitetində ingilis dilində siyasət ixtisasında bakalavr təhsili almışdır. Bakalavr diplomunu üç ildə əldə etmişdir. == Karyerası == Bono ilk aktrisalıq təcrübəsini 12 yaşında "Kabus ev" tamaşasında yaşamışdır.Bono film karyerasına Etan Hok və Ceremi Ayrons ilə brilikdə "Su ölkəsi" filmində başlamışdır. Yer aldığı digər filmlərin siyahısında "Növbəti dayanacaq möcüzələr ölkəsi" (1998),"Çatni popkorn" (1999), "İki Nina" (1999) və "Xoşbəxt qəzalar" (2000) yer alır. 1999-cu ildə "Qəlbimin dərinliklərində" adlı telefilmdə gənc qız Cerri Kammins rolunda kiçik səhnədə yer almışdır.
Kara dənizi
Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır. == Fiziki-coğrafi vəziyyət == Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub. Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir. Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir.
Rasim Kara
Rasim Kara (d. 10 iyun 1950, Əskişəhər) — Çərkəz əsilli Türkiyə milli futbol komandasının keçmiş qapıçısı və məşqçisidir. == Karyera == === Futbol karyerası === Rasim Kara " Beşiktaş "a həm futbolçu, həm də məşqçi kimi xidmət edən nadir adlardandır. ==== Bursaspor ==== Futbola Eskişehir Işıksporda qapıçı olaraq başlayan Kara, Uşakspor'dan Bursaspora transfer oldu. Oradan Türkiyə milli futbol komandasına yüksəldi. 1972–73 mövsümündə Osman Uçanerin ehtiyat oyunçusu kimi heyətə daxil olan Kara, 1972-ci il oktyabrın 15-də Mersin İdman Yurdu ilə oynanan liqa matçında matçında debüt etdi. Növbəti mövsümdə Bursaspor Türkiyə Kubokunun sahibi oldu. 1974–75 mövsümü Karanın özünü göstərdiyi mövsüm idi. O, bir kubok matçından başqa bütün matçlarda "Bursaspor"un qapısını qoruyub. UEFA Kubok Qalibləri Kubokunun 1/4 final mərhələsində çıxış edən komandanın 6 oyununda meydana çıxan Kara bu qarşılaşmaların yarısında qol buraxmayıb.
ABŞ Ordusu
Andorra ordusu
Andorra (kat. Andorra) və ya rəsmi adı ilə Andorra Knyazlığı (kat. Principat d'Andorra) — Cənubi Avropada mikrodövlət. Andorra dənizə çıxışı olmayan ölkələrdən biridir və Pireney yarımadasının şərqində yerləşir. Şimalda Fransa, cənubda isə İspaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Andorra la Vella, ümumi sahəsi 467.63 kvadrat kilometr, əhalisinin sayı 79,000 (2021) nəfərdir. İdarəetmə forması konstitusiyalı monarxiya olan ölkə Fransa Respublikasının Prezidenti və Urxelski yepiskopu tərəfindən birgə idarə olunur. Andorranın sahəsi 465 kv. km-dir. Ölkə Şərqi Pirenryin çənub yamacında, Ebro hövzəsinə aid Cerpe çayının qolu Valiranın orta və yuxarı axını boyu dağ dərəsində yerləşir.
Arktika ordusu
Arktika ordusu — Kanadanın Şimal qütbündə xidmət edən xüsusi ordusu Uzun zamandan bəri Şimal qütbü uğrunda Rusiya ilə gərginlik yaşayan Kanada bu istiqamətdə yeni addım atıb. Kanada şimal qütbündə xidmət edəcək xüsusi ordu - "Arktika ordusu" yaradıb. Kanadanın müdafiə naziri Piter Mak Kay ölkənin şimalındakı sonuncu əyalət olan Şimal-Qərb ərazilərinin paytaxtı Yellounayf şəhərində keçirilən mərasimdə "Arktika ordusu"nun yaradıldığını rəsmi şəkildə açıqlayıb. Nazir hazırda 60 əsgərdən ibarət olan bu ordunun sayının, habelə texnika və digər avadanlıqların artırılacağını, prosesin 2019-cu ilədək davam edəcəyini bəyan edib. Qeyd edək ki, yeni yaradılan ordu Kanada ordusunun tərkib hissəsi olaraq, şimalda xidmət edəcək. Hazırda isə "Arktika ordusu"nun sayını artırmaq üçün elanla əsgər axtarılır.
Azərbaycan Ordusu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
Biçeraxov Ordusu
Biçeraxov Ordusu - Birinci dünya müharibəsində (1914-1918) Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsi. Oktyabr çevrilişi ilə əlaqədar olaraq, 1918 ildə buraxılmışdır. İrandakı ingilis hərbi qüv-vələrinin komandanlığı polkovnik L.Biçeraxovun başçılıq etdiyi 1500 nəfərlik kazak dəstəsindən öz mənafeyinə istifadə etmək qərarına gəldi. Biçeraxov general Denstervillə gizli razılığa gələrək, Bakı Xalq Komissarları Sovetinə müraciət edib, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirdi. Bakı Xalq Komissarları Soveti Biçeraxovun qüvvəsindən istifadə etməyə razılıq verdi. Biçeraxovun dəstəsi 1918 il iyulun 5-də Ələt stansiyası yaxınlığında sahilə çıxarıldı. İyulun 7-də Bakı müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul edən Biçeraxov iyulun 30-da məğlubiyyətin labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Port-Petrovsk istiqamətində şimala çəkildi. 1918-ci il noyabrın 17-də ingilis qoşunları ilə bir vaxtda Biçeraxovun hərbi dəstəsi də Bakıya daxil oldu. Şəhərin xristian əhalisi onu böyük rəğbətlə qarşıladı. Bu dəfə onun hərbi qüvvəsinin əksəriyyəti ermənilərdən ibarət idi.
Dambldorun Ordusu
Dambldorun Ordusu (və ya qısaca olaraq DO) C. K. Roulinq-in Harri Potter seriyasındakı qondarma tələbə təşkilatıdır və əsas personajlar Harri Potter, Ron Uizli və Hermiona Qreyncer tərəfindən Hoqvarts ali inkvizitoru Dolores Ceyn Ambric rejiminə qarşı durmaq, həmçinin Qara qüvvələrə qarşı praktiki müdafiəni öyrənmək üçün yaradılmışdır. Onun əsası beşinci kitab olan "Harri Potter və Simurq Ordeni"də qoyulub. == Xülasə == === Tarixçə === "Harri Potter və Simurq Ordeni"ndə yeni Qara qüvvələrə qarşı müdafiyə professoru Dolores Ambric Magiya naziri Kornelius Facın səhv qorxusu səbəbindən dərslərində praktiki tətbiqlər əvəzinə fənnin yalnız əsas nəzəri prinsiplərini öyrətməyi seçir ki, Albus Dambldor onu devirmək üçün tələbə ordusu yaratmağa hazırlaşır. Yalnız nəzəriyyəyə əsaslanan bu yanaşma tələbələr, xüsusən də beşinci kursda oxuyan və ilin sonunda bu mövzuda Sadə Sehrbazlıq Səviyyəsi (S.S.S) (ing. Ordinary Wizarding Levels (O.W.L.s)) imtahanlarını verməli olan Harri kimi personajlar arasında çox populyar deyil. Harri həmçinin hesab edir ki, praktiki təcrübənin olmaması onları Lord Voldemortun qüvvələri qarşısında onları daha həssas edir, baxmayaraq ki, Nazirlik Lord Voldemortun geri qayıtmasını qəti şəkildə qəbul etmir. Bu, Hermiona Qreynceri Harrinin Qara qüvvələrə qarşı müdafiəni praktiki olaraq öyrədəcəyi bir tələbə qrupu yaratmağı təklif etməyə sövq edir. Ambric layihə haqqında öyrəndikdən sonra bütün təsdiqlənməmiş tələbə təşkilatlarını qadağan edir, buna görə də iclaslar gizli şəkildə "ehtiyac otağında" keçirilir və Hermiona tərəfindən yaradılmış sehrli saxta Qaleonlardan istifadə etməklə üzvlərə elan edilir. Ço Çanq qrupun rəsmi adı olaraq "M.A." olaraq qısaldılmış "Müdafiə Assosiasiyasını" (ing. "Defence Association" (D.A)) təklif edir, lakin nazirliyin paranoyyasını ələ salmaq və qrupun Dambldora sadiqliyini göstərmək üçün Cinni Uizlinin "Dambldorun Ordusu" təklifi seçilir.
Dominika ordusu
Dominika ordusu — Dominika Birliyinin milli hərbi qüvvələrinə verilən ad. Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi (RTS) təmin edir.Dominika Polis Qüvvəsini Vətəndaş Birliyinin bir Xüsusi Təyinatlı Vahidi var. Müharibə və ya fövqəladə hal vəziyyətində hakimiyyət tərəfindən elan edilibsə, ölkənin polis qüvvəsi ordu kimi fəaliyyət göstərə bilər.
Ermənistan Ordusu
Ermənistan Silahlı Qüvvələri (ermənicə Հայաստանի Հանրապետության զինված ուժեր) — Ermənistanı qorumaq məsuliyyəti daşıyan ordu. 1992-ci ildə Ermənistan dövlət müstəqilliyini qazandıqdan həmən sonra yaradılmışdır. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir. == Səfərbərlik == Əsgərlik yaşı: 18 Xidmət müddəti: 24 ay Əsgərliyə alınması mümkün vətəndaş sayı:[mənbə göstərin]722.836 kişi, 15–49 yaş arası 795.084 qadın, 15–49 yaş arası Əsgərliyə yararlı vətəndaş sayı:[mənbə göstərin]551.938 kişi, 15–49 yaş arası 656.493 qadın, 15–49 yaş arasıErmənistanda hərbi çağırış 27 yaşa qədər aparılır.
Gürcüstan Ordusu
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Kabus ordusu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar.Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Mehdi Ordusu
Mehdi Ordusu (arb: جيش المهدي) — İraqda şiə lideri Müqtəda əs-Sədr tərəfindən qurulan müqavimət təşkilatı. 2003-cü ilin iyununda yaradılıb və hələ də fəaliyyət göstərir və təxminən 60.000 hərbçisi var. Mehdi ordusu İraq müqavimət hərəkatının ən nüfuzlu təşkilatlarından biridir və Bağdaddan 5 kilometr məsafədə yerləşən Sədr şəhərini azad edilmiş bir bölgə elan etmişdir. == Təşkilati strukturu == Mehdi Ordusundakı 50 nəfərdən ibarət olan Fazillər ən kiçik yaraqlı qrupdur. Bundan əlavə 6 Fasil bölməsi 300 nəfərlik səriyyə birliyini təşkil edir. Ən böyük birlik 7 səriyyədən (2100 nəfər) ibarət olan fəvc birliyidir.
Osmanlı ordusu
Osmanlı ordusu (osm. اردوي همايون) — Osmanlı imperiyasının rəsmi ordusu. Osmanlı ordusunun tarixi iki əsas dövrə bölünür. Klassik dövr adlanan birinci dövr dövlətin yarandığı 1299-cu ildən XIX əsrin əvvələrinə qədər davam etmişdir. Bu dövrdə əsasən müxtəlif tipli hərbi islahatlar keçirilmişdir. İkinci dövr isə müasir dövr adlanır və bu dövrdə Osmanlı ordusu quru qoşunları, donanma və hava qüvvələri olmaqla üç yerə bölünür. == Quru qoşunları == === Klassik dövr === Osmanlı imperiyasının ordusunun formalaşması zamanı Rum sultanlığı, Elxanilər dövləti və Məmlük dövlətində istifadə olunan hərbi sistemlərdən istifadə olunmuşdur. Osmanlı ordusunda ordu başçısı xaqan adlandırıdı. Piyada və atlılardan təşkil olunmuş hərbi birləşmələr, zamanla müsəllam qoşun növünün tərkibinə qatılmışdır. 1299-cu ildə dövlət yaranarkən Osmanlının paşalarından olan Ələddin Paşa və Qadı Cəndərəli Qara Xəlilin rəhbərliyi ilə türk gənclərindən təşkil olunmuş, hər biri min nəfərlik, iki ordu birləşməsini yaradıldı.
Qrenada ordusu
Qrenada (ing. Grenada) — Karib dənizinin cənub-şərqində yerləşən ada dövlət, Qrenada və Qrenadin adasının cənub hissəsini əhatə edir. == Tarix == 1649-1763-cü illərdə Qrenada Fransanın müstəmləkəsi olmuşdur,sonra isə Böyük Britaniyanın hakimiyyəti altında idi.Ölkə 1974-cü ilin fevralın 7-də müstəqilliyini qazandı. == Siyasət == Vaxtilə Böyük Britaniya müstəmləkəsi olan Qrenadanın kraliçası II Elizabet sayılır. Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir. == İqtisadiyyat == 2010-cu ildə Qrenadada 201 million kVt-saat elektrik enerji istehsal edildi. == Əhali == Əhalinin 80% - Afrika mənşəli zəncilərdir,15% - mulatlar,yerdə qalanlar isə- ağ avropalılar və hindistan -pakistanlılardır.
Rus Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Rusiya Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
SSRİ ordusu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918-1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı.Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi.. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi. Bakının şimal girişində “11-ci Qırmızı Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N.Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi. N.Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.
Sovet Ordusu
Sovet Ordusu — SSRİ-nin Silahlı Qüvvələri.
Terrakota ordusu
Terrakota ordusu, Yeraltı heykəllər ordusu və ya Torpaq əsgərlər (Sadələşdirilmiş Çin dilində: 兵马俑; Ənənəvi Çin dilində: 兵马俑; pinyin: bīngmǎ yǒng; düz olaraq "əsgər və at cənazə heykəlləri") — 1974-cü ildə Çində kəşf olunmuş Yeraltı Heykəllər Ordusu. İlk Çin imperatoru Sin Şi Xuandinın məzarında olan heykəllər. Ordunun "ilklərin imperatoru" olaraq bilinən Sin Şi Xuandinin məzarını qoruduğuna inanılar. Yeraltı Heykəllər Ordusu 1974-cü ildə Çin Xalq Respublikasının Shaanxi əyalətinə bağlı Xi'an yaxınlarında bir əkinçi tərəfindən tapılmışdır. Kəşf edildikdən sonra Sit sahəsində 1977-1985-ci illərdə 2 dəfə qazıntı işləri aparılıb. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 atıyla 8000 min əsgərin, 130 döyüş arabası, 150 suvari atı olduğu təxmin edilir. Çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən, Terro Cotta əsgərləri olaraq bilinən yeraltı heykəllər ordusunun tapıldığı Sit sahəsində 2009-cu il iyul ayının 13-də üçüncü qazıntı işlərinə başlanıldı. Şansı əyaləti mədəni əsərlər müdirliyinə bağlı Mədəni əsərlər və arxeologiya dairəsi basçısı Co Kuiying heykəllərin üzərindəki rəngli boyaları qoruma, heykəlləri sağlamlaşdırma və təmiri texnikaların artıq inkişaf etdiyini və bunların 3-cü qazıntı işləri üçün lazımlı zəmanəti təmin etdiyini ifadə edib. O, 3-cü qazıntı işlərinin Sit sahəsinin, heykəllərin çıxarıldığı qazıntı bölgəsinin xaricində qalan hissələrində icra ediləcəyini, lakin bu anda qazıntı işləri haqda hər hansı bir təxmin verməyin mümkün olmadığını söyləyib.